Oqtay Əsədov: "Yaz sessiyasında 171 qanun və qərar qəbul edilib”

Oqtay Əsədov: "Yaz sessiyasında 171 qanun və qərar qəbul edilib”

"Milli Məclisin yaz və növbədənkənar sessiyası zamanı 15 iclas keçirilib. Bununla yanaşı, parlamentdə 171 qanun layihəsi və qərar qəbul edilib". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, yaz və növbədənkənar sessiyalarda 34 ölkəyə 85-dən çox səfər edilib: "30 xarici ölkədə 11 beynəlxalq təşkilatın 70-dən çox nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Bununla yanaşı, parlamentin təşkilatçılığı ilə Bakıda 5 beynəlxalq tədbir keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə