Prezident seçkilərini 87 ölkədən 34 təşkilatın nümyayəndələri müşahidə edəcək"
"Azərbaycanda keçiriləcək prezident seçkilərini 87 ölkədən 34 təşkilatın nümayəndələri müşahidə edəcək". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
M. Pənahov bildirib ki, ilkin məlumata əsasən prezident seçkilərində beynəlxalq müşahiddə missiyasını həyata keçirənlərin sayı 1012 nəfərdir: "MSK-da qeydiyyata keçən müşahidəçilər 4590, dairə seçki komissiyalarında akkreditə olunan müşahidəçilər isə 29 124 nəfərdir".
MSK sədri təmsil etdiyi qurumun seçkilərin maarifləndirmə proqramı çərçivəsində tədbirlərini davam etdirdiyini də söyləyib. Onun sözlərinə görə, artıq aşağı seçki komissiyaları ilə bağlı treninqlər yekunlaşmqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB