Politoloq: “Azərbaycanın BMT TŞ-na sədrlik etməsi çox məsuliyyətlidir” AÇIQLAMA
"Azərbaycanın oktyabr ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik etməsi həm şərəfli, həm də məsuliyyətlidir." Bu sözləri politoloq Elman Nəsirli SİA-ya verdiyi açıqlamasında deyib.
Ötən ilin may ayında Azərbaycanın BMT TŞ-na sədrlik etdiyini xatırladan politoloq bildirib ki, o zaman da gündəlik çox zəngin idi. Onun sözlərinə görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olduğunu göstərir: "Ölkəmiz beynəlxalq aləmdə daha da möhkəmlənir. Hazırda dünyada çox mürəkkəb hadisələr baş verir. Çətin dönəmdə Azərbaycanın BMT TŞ-na sədrlik etməsi, məsuliyyətli məsələdir".
Politoloqun sözlərinə görə, gündəliyə daxil olacaq məsələlərdən biri Suriya ətrafında olan vəziyyətdir: "Suriya məsələsi elə bir qəliz nöqtəyə gəlib çatıb ki, orada müharibənin başlaması real görünür. Kimlərsə düşünürsə ki, Suriyada müharibə məsələsinə son qoyulub, bu düzgün yanaşma deyil, sadəcə müvəqqəti təxirəsalınmadır. Nə qədər ki, Suriyanın hazırki prezidenti Bəşər Əsəd hakimiyyətdədir, bu məsələ aktual olacaq. Bundan əlavə, gündəlikdə Qərb- İran münasibətləri öz əksini tapacaq. İran pezidentinin Nyu-Yorka səfəri və onun oradakı çıxışlarına nəzər salsaq görərik ki, ABŞ-İran problemlərinin həllinə meyllilik özünü göstərir. Amma bu meyllilik çox zəifdir. Çünki ABŞ prezidenti Barak Obama öz məktubunda bildirib ki, biz İranla olan problemlərimizin diplomatik yolla həllinə qapını açıq qoymuşuq, amma bu qapı hər an bağlana da bilər. Gündəliyə həmçinin dünyada terrorizmin yayılması və digər məsələr daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB