Nizami rayonunda prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Rus icmasının Nizami rayonu üzvlərilə keçirilib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışıb.
O, bu dövrdə ölkənin sürətli inkişafını qeyd etməklə bildirib ki, bu gün Azərbaycanda baş verən böyük dəyişiklikləri, həyata keçirilən islahatları görməmək mümkün deyil: "Bütün bu işlər xalqımızın firəvan yaşamasına, dövlətimizin gələcəyinə xidmət edir. Prezident İlham Əliyev hansı postu tutmasından, hansı vəzifəni icra etməsindən asılı olmayaraq, üzərinə götürdüyü bütün işlərin öhdəsindən böyük bacarıqla gəlib. Biz 2003 və 2008-ci illərdə Prezident İlham Əliyevə səs vermişik və görmüşük ki, seçimimiz doğrudur. İndi yenidən bu seçimi təkrarlayacağıq ki, nailiyyətlərimiz davam etsin".
Sədaqət Vəliyeva vurğulayıb ki, keçirilən bütün görüşlərin aurası onu göstərir ki, xalq İlham Əliyevlədir: "Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti sayəsində Azərbaycan adlı gəmi təlatümlü, böhranlı və təhlükəli dalğalardan yan keçərək, sakit bir sahildə lövbər salıb. Bu gün bu gəminin adı qüdrətli, güclü, qətiyyətli Azərbaycan dövlətidir. Azərbaycan bayrağını yüksəklərə qaldıran, haqq səsimizi beynəlxalq kürsülərdə səsləndirən, xalqın güzəranını yaxşılaşdıran, dövlətimizi abadlaşdıran, gözəlləşdirən məhz Heydər Əliyev siyasi kursunun və məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevdir. Azərbaycanı işıqlı sabaha, yeni uğurlara aparan namizədə - Prezident İlham Əliyevə səs verək".
Sonra çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, əslində, Prezident İlham Əliyevin təbliğata ehtiyacı yoxdur: "İlham Əliyevin təbliğatı onun 10 il ərzində gördüyü işlər, tikilən məktəblər, xəstəxanalar, müasir tipli binalar, körpülər, olimpiya kompleksləri, yeni açılan iş yerləri, sənaye obyektləri, xalqın gündən-günə yaxşılaşan güzəranı, inkişaf edən ölkəmizdir. Azərbaycan xalqı bunu görür, dərk edir və öz Prezidentini sevir".
Deputat diqqətə çatdırıb ki, İlham Əliyev ölkədə iqtisadi sabitliyi bərqərar etməklə, eyni zamanda, siyasi və hüquqi stabilliyi də təmin etmiş oldu: "Demokratiya iqtisadi sabitlik və insanların maddi rifah halının yüksək olduğu bir şəraitdə tam nəzərə çarpır. Prezident İlham Əliyev bütün fəaliyyətini məhz bu istiqamətdə qurub. Bunun göstəricisidir ki, Azərbaycan son üç ildə iqtisadi inkişaf tempinə görə, dünyada liderliyi əldə saxlayır. Bir sözlə, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirib".
Rauf Əliyev deyib ki, Prezident İlham Əliyev Azərbaycanı firavan gələcəyə doğru aparan namizəddir: "Gəlin inkişafa, gələcəyimizə - İlham Əliyevə səs verək".
Sonra çıxış edən Rus icmasının Nizami rayonu üzvləri Prezident İlham Əliyevi dəstəklədiklərini deyiblər.
Milli Qəhrəman Yuri Kovalovun anası, Rus icmasının Nizami rayonu şöbəsinin sədri Larisa Kovalova deyib ki, biz Prezidentimizdən çox razıyıq. Onun həyata keçirdiyi siyasət nəticəsində dövlətimiz inkişaf edir, çiçəklənir. Sözsüz ki, İlham Əliyevə səs verəcəyik.
Rus icmasının Nizami rayonu üzvü Batkoviç Fedraloviç bildirib ki, biz seçimimizi artıq etmişik, bu, İlham Əliyevdir. Onun sayəsində ökəmizdə sülh, əmin-amanlıq hökm sürür. Biz də rahat yaşayırıq.
Rus icmasının digər üzvü Viktoriya Vasilyevna söyləyib ki, bu gün Prezident İlham Əliyevdən başqa namizəd görmürəm. Onun ölkəmiz üçün gördüyü işləri sadalamağa ehtiyac yoxdur. Normal düşünən hər bir adamın yəqin ki, istəyi, arzusu, İlham Əliyevi yenidən Prezident seçməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB