Yeni Azərbaycan Partiyasının (YAP) Zərdab rayon təşkilatının seçki qərargahı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qoruqbağı kəndində seçicilərlə görüş keçirib. Məlumat üçün bildirilib ki, Qoruqbağı kənd əhalisinin sayı 1759, seçicilərin sayı 1197 nəfərdir.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Pərvin Mahmudova açıb. Görüşdə Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Jalə Əliyeva, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, iqtisad elmləri doktoru, professor Damət Bağırov çıxış ediblər.
Seçicilər adından kənd ağsaqqalı Mustafa Mustafayev, kənd kitabxanasının müdiri Rəsmiyyə Əhmədova və başqaları çıxış edərək həmyerlilərini 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərində bugünkü inkişafımızın qarantı, YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB