Azərbaycan Respublikası prezidentliyinə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülülən cənab İlham Heydər oğlu Əliyevin Oğuz rayonu üzrə seçki qərargahı təbliğat və təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın xəbərinə görə, kampaniya çərçivəsində Oğuz rayonunun Xalxal, Ərmənət və Xalxalqışlaq kəndlərində seçicilərlə görüşlər keçirilib.
Prezidentliyə namizəd İlham Əliyevin Oğuz rayon seçki qərərgahının sədri Saleh Məhərrəmov Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində qazanılan uğurlardan danışıb. Bildirib ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə möhtəşəm qələbələr qazanıb: "Bu qələbələrin əsas amillərindən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlaşmasıdır: "Bugünkü seçki kampaniyasına da təşkilatımız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat işini yüksək səviyyədə davam edirir".
S.Məhərrəmov seçkilərdə bütün seçiciləri məntəqələrə gələrək partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə seçki qərargahının üzvü Rəşid Nurməmmədov, Xalxal bələdiyyəsinin sədri Nəriman Ramazanov, Xalxal kənd tam orta məktəbin direktoru Rövşən Ağababayev, Ərmənət kənd tam orta məktəbinin direktoru Fərman İbrahimov, Xalxal kənd uşaq bağçasının müdiri Zərniyar Nəsibova və Ərmənət kənd tam orta məktəbinin müəllimi Aydın Babayev öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan böyük uğurlardan, həyata keçirilən sosial ləyihələrdən, respublikamızda və rayonumuzda görülən abadlıq işlərindən danışıblar.
Görüşdə vurğulanıb ki, 9 oktyabrda keçiriləcək seçkilərdə bütün oğuzlular hamılıqla YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB