Əli Abbasov: "Yerli icra hakimiyyəti orqanları "Elektron Hökumət" portalına qoşulub"
"Bu il Mərkəzi Seçki Komissiyasının "Elektron Hökumət" portalında veb-kameralar vasitəsilə müşahidə sisteminə çıxışı təmin olunacaq". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, sonrakı müddətdə kimsə, nə vaxtsa bu seçki prosesi ilə maraqlansa, ona sistemə çıxış imkanları veriləcək.
Ə.Abbasov bildirib ki, hazırda bütün yerli icra hakimiyyəti orqanları "Elektron Hökumət" portalına qoşulub: "Bu gün "Elektron Hökumət" portalına qoşulma və bundan istifadə halları artmaqdadır. Bu ilin 8 ayı müddətində Azərbaycanda "Elektron Hökumət" portalından 300 mindən çox elektron xidmət alınıb. Bunun təxmini alınma vaxtı 4-5 dəqiqə çəkib. Bu rəqəmlər tədricən artır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB