Qaradağda yüksək seçki abı-havası mövcuddur FOTO

YAP Qaradağ Seçki Qərargahında növbəti seminar müşavirə keçirilib
Qaradağda yüksək seçki abı-havası mövcuddur FOTO

Yeni Azərbaycan Partiyası tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahında növbəti seminar müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, seminarda təbliğat-təşviqat kampaniyası başlayan tarixdən indiyə qədər görülmüş işlər, vəzifələrin icrası və qarşıda dayanan məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Qaradağ Seçki Qərargahının üzvləri seçki prosesinə hazırlığın səviyyəsi, insanların prosesə maraq göstərməsi və ümumilikdə seçki haqqında informasiyaların daha da genişləndirilməsi barəsində fikir, təkliflərini səsləndiriblər. Ölkəmizdə 1993-cü ildən əsası qoyulan demokratik seçki ənənələri bu günə qədər insanların azad və sərbəst seçim imkanları ilə yadda qalıb. Məhz demokratik prinsiplərin ən vacib hissəsi olan seçki prosesinə dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə maraq göstərilib. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin seçki prosesinə birbaşa təsiri və bunun nəticəsində vətəndaşların heç bir maneə ilə üzləşmədən seçim imkanları əsas şərt kimi önə çəkilib. Vurğulanıb ki, ölkəmizdə demokratik seçki mühiti mövcuddur. Seçki Qanunvericiliyinin tələblərinə uyğun olaraq seçkidə hər bir seçiciyə öz iradəsini ifadə etmək onun səsvermə məntəqəsinə gələrək arzuladığı namizədə dəstək olmasını təmin etmək üçün ölkəmizin hər yerində olduğu kimi YAP Qaradağ rayon Seçki Qərargahında da bütün zəruri imkanlar yaradılıb. Cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahı artıq nəzərdə tutulmüş bütün

vəzifələrin icrasını yerinə yetirməkdədir. Qanunvericiliyin tələblərinə uyğun olaraq artıq təbliğata start verilən gündən YAP Qaradağ rayon seçki qərargahı müəyyənləşmiş qarafik üzrə fəaliyyət planına uyğun işləyir. Qərargahın qrafikə uyğun olaraq müəyyənləşmiş üzvləri prosesin tam şəffaf və demokratik prinsiplərə uyğun təşkili istiqamətində fəaliyyətlərini qurub. Eyni zamanda Qaradağ rayon ictimaiyyətinin nümayəndələri, gənclər və könüllülər Seçki Qərargahının işində yaxından iştirak edir və təlimata uyğun addımlar atırlar. Sözsüz ki, YAP Qaradağ rayon Seçki Qərargahında görülən işlər və nəzərdə tutulan vəzifələrin icrası vətəndaşların seçki ilə bağlı unvanladıqları suallar onları maraqlandıran məsələlər ətraflı izahat işləri aparılır. Seminar qarşıqlıqlı fikir mübadiləsi əsasında yükunlaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə