Bu gün Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri ilə seçicilərin görüşü keçirilib. SİA-nın məlumatına görə, Kürdəmir rayonunun Qarasaqqal, Böyük Kəngərli, Bağman kəndlərinin seçiciləri ilə görüşdə Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, şair-jurnalist Zenfira Zərbalıyeva iştirak ediblər.
Seçicilərlə görüşü giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, qarşıdan gələn 9 oktyabr Prezident seçkiləri xalqımız üçün əsl bayram əhval-ruhiyyəsi yaradır: "Yaşayış səviyyəmizin yaxşılaşmasını, həm öz həyatımızda, həm də bütünlüklə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik. Bütün bu görüşlərin bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabrda Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, növbəti 5 ilimizin qarantı İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram".
Təbliğat qrupunun üzvlərindən millət vəkili Fərhad Qəribov, professor Əlikram Məmmədov, şair-jurnalist Zenfira Zərbalıyeva çıxış edərək bildiriblər ki, İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti regionun ən qüdrətli ölkəsinə çevrilib. Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. İnanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçiciləcək".
Görüşlərdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB