Qərbi azərbaycanlıların Cəmil Həsənlini dəstəkləməsi ilə bağlı fikirlər absurddur
"Müxalif mətbuatda əslən Qərbi Azərbaycandan olan bəzi adamlar bildirirlər ki, guya Qərbi azərbaycanlılar "Milli Şura"nın namizədi Cəmil Həsənlini dəstəkləyəcəklər. Bu fikirlər absurddur". Bu açıqlamanı SİA-ya Azərbaycan Dövlət Pedoqoji Universitetinin Magistatura və Doktorantura şöbəsinin müdiri, professor, filologiya elmləri doktoru İbrahim Bayramov verib.
Onun sözlərinə görə, Qərbi Azərbaycandan olanların hər hansı bir cəmiyyətində və ya toplantısında bu məsələ müzakirə obyekti olmayıb: "Əslən Qərbi Azərbaycandan olanlar bugünkü Prezident və növbəti 5 il üçün prezidentliyə namizəd İlham Əliyevi dəstəkləyir. Çünki ölkədə aparılan quruculuq işləri, gənclərə göstərilən diqqət və qayğı, bilavasitə cənab Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Buna görə də bu uğurlarımızın davamlı olması üçün Azərbaycan xalqı növbəti prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək".
İ.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin tutduğu yol demokratiya və haqq yoludur: "Bu gün dünya ictimaiyyəti Prezident İlham Əliyevin gördüyü işləri təqdir edir. Təsadüfi deyil ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi üçün 155 üzvü dövlətin səsini qazanıb. Xalq da Prezidentimizə öz sevgisini qarşıdan gələn seçkilərdə göstərəcək".
İ.Bayramov Qərbi azərbaycanlılara müraciət edərək, onları Prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB