Rasim Musabəyov: “Bu, əhəmiyyətsiz dövlət başçısının əhəmiyyətsiz bəyanatıdır” AÇIQLAMA
"Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş torpaqlar məsələsində tutduğu mövqe ilə bağlı bəyanatına heç kim reaksiya vermədi. Heç bir ölkənin Ermənistandan bir qəpik pul alacağı yoxdur". Bunu SİA-ya milllət vəkili, politoloq Rasim Musabəyov sentyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin başçılarının Soçidə məhdud tərkibdə keçirilən görüşündə Ermənistan prezidenti Serj Sarkisyanın verdiyi ikibaşlı bəyanatına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Soçidə keçirilən görüşdə həmin bəyanat əhəmiyyətsiz dövlət başçısının əhəmiyyətsiz bir bəyanatı kimi qəbul edilib: "Nə Qazaxıstan, nə Tacikistan, nə də Qırğızıstan Ermənistanın nazı ilə öz mövqelərini beynəlxalq təşkilatlarda müəyyənləşdirən deyillər".
Azərbaycanın BMT TŞ-yə üzvlük müddətində oktyabr ayından yenidən quruma sədrlik edəcəyi ilə bağlı məsələyə də toxunan Rasim Musabəyov deyib ki, burada Suriya məsələsinin müzakirəsi gündəlikdə olacaq: "Bildiyiniz kimi başlıca olaraq, BMT TŞ dünyada təhlükə yaradan məsələlərlə məşğul olur. Azərbaycan bu vaxta kimi BMT TŞ-yə sədrlik etdiyi dövrdə heç bir səhvə yol verməyib. Əskinə ölkəmiz kifayət qədər uğurlu missiya həyata keçirib. Düşünürəm ki, bu müddətdə də eyni vəziyyət sərgilənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB