Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və xarici işlər naziri Miroslav Layçak ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş əsnasında ikitərəfli əlaqələr, iqtisadiyyat, sərmayələr, enerji və turizm kimi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Anlaşma memorandumu imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB