Elmar Məmmədyarov yəhudi icmasının üzvləri ilə görüşüb

Elmar Məmmədyarov yəhudi icmasının üzvləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ABŞ-dakı yəhudi icmasının və təşkilatlarının nümayəndələri ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda etnik və dini zəmində tarixən mövcud olan tolerantlıq və bütün dini icmaların nümayəndələri üçün yaradılmış lazımi şərait, Azərbaycanın İsrail ilə əlaqələri və Yaxın Şərqdəki vəziyyət barəsində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə