Azərbaycan ilə Qazaxıstan arasında din sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub
Astanada dinlə bağlı tədbirlərdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxulislam Allahşükür Paşazadə Qazaxıstan parlamenti Senatının sədri, dünya və ənənəvi din liderlərinin Qurultayı Katibliyinin rəhbəri Kayrat Mami ilə görüşüb.
Kayrat Mami qonağı salamlayıb, din sahəsində əməkdaşlığın inkişafı, dinlərarası dialoqun genişləndirilməsi məsələləri müzakirə olunub.
A.Paşazadə iki dövlət arasında əlaqələrin yaranması və inkişafı istiqamətində ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xüsusi xidmətləri olduğunu bildirib. Şüyxülislam deyib ki, bu dostluq Azərbaycan Prezidenti İlham Əliyevlə Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.
A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə çatdırmağı Kayrat Mamidən xahiş edib, Bakıda keçirilən "Müstəqil Dövlətlər Birliyinin müsəlmanları sülh və sabit inkişafın tərəfdarlarıdır" adlı konfransın materiallarından hazırlanmış kitabı Kayrat Mamiyə təqdim edib.
Kayrat Mami konfransın əhəmiyyətindən danışmış, orada iştirak edən Qazaxıstan nümayəndələrinin Ümrə ziyarətinə aparılmasına görə təşəkkür edib, bundan məmnun olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB