Qusarda təbliğat-təşviqat kampaniyası davam edir

Qusarda təbliğat-təşviqat kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qusar rayonu üzrə təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində növbəti görüşlər rayonun Quxuroba və Kuzunqışlaq kəndlərində kəçirilib.

Tədbirlərdə seçicilərlə görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, Milli Məclisin üzvü Azər Badamov və akademik Kamal Abdullayev iştirak ediblər.

Görüşlərin keçirildiyi Quxuroba və Kuzunqışlaq kəndlərinin səçiciləri adından çıxış edən Orucəli Xəyirov, Şakir Ərzimanov, Sonaxanım Vəlixanova, Aydəmir Mirzəyev, Şamil Babayev və Ruzana Ağarəhimova gördüyü işlərə, bəynəlxalq aləmdə apardığı uğurlu və uzaqgörən siyasətə görə cənab İlham Əliyevə təşəkkür edərək, hər kəsi YAP-ın namizədinə səs vərməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə