Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon Gənclər Birliyinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti fləşmob-aksiya keçirib. Qaradağ rayon Sahil qəsəbəsində gənclərlə keçirilən görüşlərdə onların seçkidə aktivliyi və düzgün seçim etmələri önə çəkilib. YAP Qaradağ rayon Gənclər Birliyinin üzvləri, könüllülər, ictimai-siyasi proseslərdə aktiv olan gənclər ölkəmizin sağlam gələcəyi, inkişafımızın davamlılığı və dövlətimizin artan qüdrəti naminə cənab İlham Əliyevin ətrafında sıx birləşməyin vacibliyi önə çəkiblər. Gənclərin səsləndirdiyi fikirlərdə vurğulanıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün onun ən layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onlar, həmçinin İlham Əliyevin rəhbərliyi altında müstəqil və güclü Azərbaycan dövlətçiliyinin beynəlxalq arenada öz mövqelərini daha da gücləndirdiyini vurğulayıblar: "Buna misal olaraq bu gün ölkə gəncliyinin beynəlxalq arenalarda özünü ən layiqli formada təmsil etməsini göstərmək olar".
Qaradağlı gənclər qarşıdakı prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini xüsusilə qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB