Kürdəmirdə ağsaqqallarla görüş keçirilib

Kürdəmirdə ağsaqqallarla görüş keçirilib

Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsndə YAP Kürdəmir rayon təşkilatının qərargahında rayonun bir qrup ağsaqqalları ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Rüstəm Hüseynov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan, Ulu Öndərin siyasi varisi İlham Əliyevin Prezidentlik dövründən, gördüyü nəhəng işlərindən, Azərbaycanın davamlı inkişafından, xalqın rifah halının gündən-günə yaxşılaşmasından danışıb.

O, bütün ağsaqqalları, rayonun bütün seçicilərini cənab İlham Əliyevə, yəni Azərbaycanın gələcək inkişaf və tərəqqisinə səs verməyə çağırıb.

Rayon ağsaqqallarından Sabir Novruzov, Vaqif Hacıyev və başqaları çıxış edərək rayonun bütün ağsaqqallarının seçki günü cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını bildiriblər.

Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, ağsaqqallar öz yaxınları ilə birlikdə 9 oktyabrda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə