"Xarici və yerli müşahidəçilərin sayının 30 minə çatması beynəlxalq ictimaiyyətin Azərbaycanda keçiriləcək prezident seçkilərinə marağının göstəricisidir". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 4072 nəfər müşahidəçi ölkə, 25 292 nəfər isə dairələr üzrə qeydə alınıb, 697 nəfər isə beynəlxalq müşahidəçidir: "Müraciətlər hazırda da davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB