Qubalılar İlham Əliyevə səs verəcəklər Sorğu

Qubalılar İlham Əliyevə səs verəcəklər Sorğu

Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Bütün bölgələrdə aparılan kampaniya Qubada da fəal şəkildə davam edir. Quba sakinləri Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən razı olduqlarını bildirirlər. Onlar YAP-ın namizədi cənab İlham Əliyevi dəstəklədiklərini və 9 oktyabrda ona səs verəcəklərini söyləyirlər.

Quba rayon Vəl-Vələ kənd sakini Hidayət Məmmədov: "Bugünkü inkişafın əsasında Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Dahi şəxsiyyət Heydər Əliyev daima ölkəmizin bütün sahələrinə diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan xalqının bütün təbəqələri YAP-ın namizədinə səs verəcək. Ona görə ki, Prezidentimiz öz siyasəti ilə Azərbaycanı daim inkişaf etdirdiyini, xalqına, vətəninə sədaqətli olduğunu təsdiq və sübut etdi. Ümummilli Lider Heydər Əliyevin davamçısı olmaq vətənə, xalqa bağlı olmaq deməkdir. Biz qubalıların seçimi yalnız Möhtərəm İlham Əliyevdir. Biz hamımız onu çox sevirik və onunla fəxr edirik. Hər kəsi 9 oktyabrda prezident seçkilərində iştirak edərək Cənab İlham Əliyevə səs verməyə çağırıram".

Quba rayon Talabıqışlaq kəndinin sakini Gülağa Kərimov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində Azərbaycanda bütün sahələrdə uğurların əldə edilib. Bu siyasətin Quba sakinlərinin də həyatına müsbət təsirini hamımız görürük. Rayonlarda aparılan quruculuq işləri, ölkədə həyata keçirilən islahatlar insanların həyatına müsbət, böyük təsir göstərib. Yollar çəkilir, körpülər salınır, səhiyyə ocaqları, məktəblər inşa edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, oktyabrın 9-da xalqımız növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək və ona səs verəcək".

Quba rayonu Vəl-Vələ kənd sakini Təvəkkül Mehrəliyev: "Əvvəlcə onu bildirim ki, bugünkü inkişafa baxanda insan heyran qalır. Hər an ölkəmiz sürətlə irəliləyir. Bu gün təkcə Qubaya deyil, həmçinin hansı rayona getsək, böyük quruculuq-abadlıq işlərinin şahidi oluruq. Ölkəmiz birincilər sırasındadır. Onu da qeyd edim ki, seçkilər xalqın tarixində önəmli günlərdən sayılır. Seçki günü gərək hamı seçkidə iştirak etsin. Çünki biz özümüzə prezident seçirik. Prezident xalqın sevdiyi, saydığı, hörmət etdiyi, siyasətinə inandığı insan olmalıdır. Biz qubalıların yeganə seçimi Cənab İlham Heydər oğlu Əliyevdir. Bütün gözəl xüsusiyyətlər Prezidentimizdə var. YAP-ın namizədi seçkinin qalibidir. Bu artıq indidən bəllidir. Çünki xalqımız Prezident İlham Əliyevə inanır və onu dəstəkləyir. Azərbaycanın bütün bölgələri kimi, Quba da inkişaf edir. Bu isə Cənab Prezidentin bütün bölgələrə olduğu kimi, Qubaya da göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir".

Quba rayon Talabıqışlaq kəndinin sakini Münəssif İdrisov: "Uğurlarımız, inkişafımız Cənab İlham Əliyevin adı ilə bağlıdır. 10 ildə gördüyü işlər onun alternativsiz namizəd olduğunu təsdiqləyir. Qazanılmış müvəffəqiyyətlərdən böyük qürur hissi keçirir, çox sevinirik. Seçkilərdə də bu inkişafa dəstək olmaq üçün YAP-ın namizədinə səs verəcəyik. İnkişafa, tərəqqiyə, firavan həyata səs vermək vacibdir. Cənab İlham Əliyev biri-birindən əhəmiyyətli addımları ilə Azərbaycanı zirvələrə yüksəldir".

Quba rayonu Vəl-Vələ kənd sakini Səlim Kərimov: "Prezident İlham Əliyevin uğurlu siyasəti həm daxili, həm də xarici uğurlarımızla özünü göstərir. Biz Prezidentimizə inanırıq. Biz onu çox sevirik. Qubalılar Cənab İlham Əliyevi dəstəkləyirlər. 9 oktyabrda hər birimiz seçkilərdə iştirak edərək YAP-ın namizədinə səs verəcəyik. Çünki Prezidentimiz Azərbaycan xalqına, vətənimizə çox bağlı, çox sədaqətlidir. O, xalqımızın Lideridir".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə