Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Əfqanıstanın xarici işlər naziri Zalmai Rəsul ilə görüşüb. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Əfqanıstan xarici işlər naziri iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycana səfər edən yüksək səviyyəli əfqan nümayəndə heyətinin üzvləri ilə görüşdüyünü xatırladıb və Azərbaycan hökuməti tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli sənədlərin imzalanması barəsində razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB