Ucarda təbliğat-təşviqat kampaniyası davam edir FOTO

Ucarda təbliğat-təşviqat kampaniyası davam edir FOTO

Bu gün YAP Ucar rayon təşkilatı rayonun Alpı və Bağırbəyli kəndlərində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüşlərdə Miili Məclisinin deputatı Elton Məmmədov çıxış edərək Partiyanın namizədi cənab İlham Əliyevin seçki platformasını seçicilərə çatdırıb, seçkilərdə seçiciləri qələbə çalmağa səsləyib.

Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışında bildirib ki, son 10 ildə ölkəmiz yüksək inkişaf yolu keçib: "Bu müddətdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, əhalinin gəlirlərində yüksək irəliləyiş əldə olunub. Bir faktı səsləndirmək istəyirəm ki, Prezident İlham Əliyev hər zaman regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayıb. Son 10 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, insanların mədəni istirahətinin təşkilinə şərait yaradıb. Bütün bu görülən işlərin bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırıram".

Millət vəkili Elton Məmmdov çıxış edərək qarşıdan gələn növbəti 5 ildə də məhz cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurların qazanılacağını söyləyib. Millət vəkili bu gün ölkəmizdə insanların sosial rifah halının durmadan yüksəldiyini, hər bir bölgəmizdə geniş quruculuq-abadlıq işlərinin uğurla davam etdiyini də diqqətə çatdırıb.

E.Məmmədov bildirib ki, qarşıdan gələn seçkilərdə xalqımız cənab İlham Əliyevə dəstək olmaqla, növbəti 5 il müddətində də onun Azərbaycanı daha böyük zirvələrə yüksəltməsinə təminat yaratmış olacaq.

Seçicilər adından Alpı kənd tam orta məktəbin müəllimi Mahirə Məmmədova, təqaüdçü Surxay Quliyev çıxış edərək ucarlıların İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə