Qaxda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Qaxda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

24 sentyabr 2013-cü il tarixdə Qax rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Almalı, Dəymədağlı, Şıxlar kəndlərində seçicilərlə görüşlər keçirilib. Görüşlərdə rayon seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvləri iştirak ediblər. Təbliğat qrupunun üzvlərindən Rasim Məmmədov, Cavid Çələbiyev, Babək Heydərov seçicilər qarşısında çıxış edərək qeyd ediblər ki, 2003-2013-cü illər ərzində Azərbaycan dövləti sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib: "Əlbəttə, bu inkişafda cənab Prezident İlham Əliyevin gərgin əməyi, fəaliyyəti danılmazdır. Azərbaycanda elə bir şəxs olmaz ki, bu inkişafı öz həyatında hiss etməsin. Azərbaycanın bütün rayonlarında, bölgələrində böyük quruculuq-abadlıq işləri həyata keçirilib. İnsanların həyat səviyyəsi günü-gündən yaxşılaşır, əməkhaqları, pensiyalar, müavinətlər hər il artırılır. Bu proses cənab Prezidentimiz tərəfindən davam etdirilir və əminliklə deyə bilərik ki, növbəti 5 ildə də davam etdiriləcək".

Kənd sakinlərindən Hacıyev Ramiz, Hacızadə İlham, Məmmədov Nofəl və başqaları çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətdən razılıqlarını bildirib, 9 oktyabr seçkilərində cənab İlham Əliyevin qələbə qazanaraq yenidən Azərbaycanın Prezidenti olacağına əmin olduqlarını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə