Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin Xaçmaz rayonu üzrə Seçki Qərargahı rayonun mədəniyyət sahəsində çalışan seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşü qərargahın sədri Nazim Ağayev açaraq, Ulu Öndərin mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğıdan, bu qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiya etməsi sahəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xidmətlərindən danışıb. O qeyd edib ki, bu gün Qəbələ əsas mədəniyyət mərkəzlərindən birinə çevrilib.
N.Ağayev onu da vurğulayıb ki, ölkə Prezidentinin bu sahələrə diqqəti nəticəsində regionlarda da mədəniyyətə diqqət və qayğı xeyli artıb, Xaçmaz şəhəri muzeylər şəhərinə çevrilib: "Möhtərəm Prezidentimizin xeyir duası ilə açılan rayon tarix diyarşünaslıq muzeyi, bəlkə də respublikada ən zəngin arxitektura cəhətdən çox görkəmli muzeylərdən birincisidir. Rayonumuz turizm rayonu olduğu üçün, Azərbaycan tarixi ilə qonaqları tanış etmək üçün muzeylərin böyük əhəmiyyəti var. Bütün bunlar ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Mədəniyyət işçiləri də həmişə Ulu Öndərimizin davamçısı olan cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. 9 oktyabr 2013-cü il tarixində də Prezidentimizə inanan və onu sevən mədəniyyət işçiləri bir nəfər kimi məntəqələrə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəklər.
Görüşdə iştirak edən Milli Məclisin üzvü Arif Əşrəfov çıxış edərək ölkəmizin son 20 ildə iqtisadi inkişafından, həyata keçirilən layihələrdən, ölkədə sənayenin, kənd təsərrüfatının inkişafından, büdcəmizin 20 dəfədən artıq artmasından, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatının tərkib hissəsi olmasından danışıb.
Görüşdə Böyükağa Məmmədov, Telnaz Adıgözəlova, Pakizə Mehdiyeva, Rəhman Xeyirov çıxış edərək bildiriblər ki, 9 oktyabrda YAP növbəti dəfə qalib olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB