Azərbaycanın xoşbəxt gələcəyi İlham Əliyevlədir FOTO

Azərbaycanın xoşbəxt gələcəyi İlham Əliyevlədir FOTO

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində Qaraçuxur və Yeni Günəşli qəsəbə seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müasir Azərbaycanın uğurlu inkişafını qeyd edərək, ölkəmizdə gedən ictimai-siyasi, mədəni proseslərə nəzər salıb: "Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə icra olunuan Dövlət Proqramları demək olar ki, bütün sahələri əhatə edir. Ölkədə aparılan quruculuq-abadlıq işləri, islahatlar Azərbaycanın ümumi mənzərəsində, sosial həyatında qısa bir zamanda uğurlu nəticələrin əldə olunmasına səbəb olub. Azərbaycan dünyaya inteqrasiya olunur, dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində əldə edilən inkişaf görülən işlərin məntiqi nəticəsidir. Bu gün Azərbaycan sivil ölkə kimi beynəlxalq nüfuza və yüksək imicə sahibdir".

O, bu nailiyyətlərin ölkə vətəndaşlarının rifah halının yüksəlməsinə, ölkənin, sağlam cəmiyyətin inkişafına səbəb olduğunu bildirib: "Müasir Azərbaycan vətəndaşının özünü gümrah, sağlam, rahat, təminatlı hiss etməsi məhz Azərbaycanda vətəndaşa göstərilən diqqət və qayğıdır".

Qarşıdan gələn Prezident seçkilərinə hazırlığın gedişatına nəzər salan V.Seyidov hər zaman olduğu kimi bu dəfə də xalqın seçimində qətiyyət nümayiş etdirəcəyini, Cənab İlham Əliyevin ətrafında sıx birləşəcəyini söyləyib. Rayon təşkilatının sədri seçicilərə fəal olmağı tövsiyə edib.

Görüşdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva Azərbaycanın yeni inkişaf mərhələsini yaşadığını bildirib. O qeyd edib ki, Azərbaycan özünün tolerantlığı, humanitar məsələlərə diqqət göstərməyi ilə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətini cəlb edib: "Ölkəmizin dinamik inkişafı, Azərbaycanın son 10 illik sosial-iqtisadi inkişafındakı uğurlara göz yummaq qeyri-mümkündür. Regionların sosial-iqtisadi inkişafı, yeni iqtisadiyyat strategiyası çərçivəsində yeni iş yerinin açılması, özəl sektorun inkişaf etdirilməsi, müasir və Avropa standartlarına uyğun infrastruktur böyük uğurların əldə edilməsi Azərbaycanın inkişafına səbəb olan amillərdir".

Çıxışının sonunda natiq bildirib ki, bu günün mənzərəsi, siyasi ponaraması hər bir seçicini Cənab İlham Əliyevə səs verməyə çağırır.

Görüşdə çıxış edən Milli Məclisinin deputatı Ağacan Əbiyev son on il ərzində böyük işlər görüldüyünü, irimiqyaslı layihələrin gerçəkləşdiyin vurğulayıb. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin başladığı uğurlu siyasəti davam etdirdiyini bildirən millət vəkili Azərbaycanın uğurlu iqtisadi inkişafı elm, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətlərin əldə olunmasına gətirib çıxardığını vurğulayıb. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də həyata keçirilən tədbirlər ölkəmizin idman ölkəsi kimi tanınmasına səbəb olub. O, Azərbaycanda idman hərəkatının müasir dövrümüzdə inkişafından danışarkən idman siyasətinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib: "Ölkəmiz mötəbər tədbirlərdə iştirakı ilə yanaşı, beynəlxalq səviyyəli idman oyunlarının keçirildiyi ölkəyə çevrilib. Cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurların məntiqi nəticəsi olaraq 9 oktyabrda hamını bir nəfər kimi bu siyasətin davamına - Prezident İlham Əliyevə səs verməyə çağırıram!".

Görüşdə çıxış edən seçicilər Saray Quliyeva, Novruz Əhmədov, Kənan Kərimov və başqaları ölkəmizin sosial-iqtisadi inkişafından danışaraq ölkəmizin gələcək təminatı naminə Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə