Yeni Azərbaycan Partiyasının Binəqədi rayonu üzrə Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində Azərbaycan Əmək və Əhalininin Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Əmək və Əhalininin Sosial Münasibətlər Akademiyasının prorektoru Sirac Məmmədov İlham Əliyevin son 10 illik hakimiyyəti dövrünə nəzər salıb, Azərbaycanın inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrildiyini bildirib: "Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. Bu gün Azərbaycanın həyatında baş verən dəyişiklər, qələbələr, uğurlu, firavan həyat Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Heç şübhəsiz, növbəti 5 il ərizində də bu nailiyyətlər, uğurlar ölkəmizdə yaşanılacaq. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqını böyük uğur və qələbə gözləyir. 10 ilin reallıqları bizə bunu deməyə əsas verir. Azərbaycan xalqının böyük əksəriyyəti seçkilərdə Cənab İlham Əliyevə səs verəcək, ölkəmizin gələcəyi təmin olunacaq".
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan xalqının həyatında önəmli, tarixi hadisənin yaşandığını bildirib. Azərbaycan xalqının prezident seçkiləri ərəfəsində olduğunu vurğulayan R.Göyüşov hər zaman olduğu kimi, xalqın növbəti seçkilərdə, taleyüklü məsələdə birlik nümayiş etdirəcəyinə əminliyini ifadə edib. O, 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərində Azərbaycan gənclərinin rolunu diqqətə çəkərək, cəmiyyətin ən həssas təbəqəsi olan gəncliyin dövlətin gücü, silahı olduğunu bildirib.
Rayon təşkilat sədri sağlam gəncliyi dövlətimizin inkişafı və onun tərəqqisi naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən millət vəkili Rafael Cəbrayılov dövlət gənclər siyasətinə, elm və təhsilə göstərilən diqqətə nəzər salıb: "Müasir dövrümüzdə Azərbaycanın sürətli inkişafı yeni kadr potensialının yüksək səviyyədə olmasını tələb edir. Bu istiqamətdə dövlət tərəfindən görülən işlər gənclərin elmi bilikərinin dünya standartlarına uyğun şəkildə yüksəlməsinə yönəlib. Azərbaycanda elmin inkişafı, təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin öncül istiqamətlərindən biridir".
Millət vəkili təhsilə ayrılan xərclərin həcminin Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsinə çəkilən xərclərdən heç də az olmadığını bildirib. O, mövcud uğurları, həyata keçirilən dövlət siyasətini nəzərə alaraq hər kəsi düzgün seçim etməyə çatdırıb.
Bakı şəhər Təhsil İdarəsinin rəisi müavini Hüseyn Əsgərov çıxışında qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafını, onun uğurlu gələcəyini, inkişaf etmiş ölkələr sırasına daxil olmasını həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunduğunu bildirib. O, ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi məsələsinin əhəmiyyətini vurğulayıb: "Müasir dövrümüzdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əsaslı islahatlar həyata keçirilir, Dövlət Proramları icra olunur. Elmə, təhsilə dövlət büdcəsində ayrılan xərclər günü-gündən artırılır".
Azərbaycan kimi inkişaf etmiş bir ölkədə yaşamaq, təhsil almaq, elmi fəaliyyətdə olmaq üçün lazımi şəraitin mövcudluğunu qeyd edən H.Əsgərov 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərində seçicilərə düzgün və qətiyyətli seçim etməyi tövsiyə etdi. O, İlham Əliyevlə müqayisə ediləcək ikinci bir namizədin olmadığını vurğulayaraq, seçiciləri ölkənin sabitliyi, əmin-əmanlığı naminə cənab İlham Əliyevə səs verməyə səsləyib.
Görüşdə çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənqurma İnstitutunun rektoru Asəf Zamanov, Binəqədi rayon təşkilatı AƏSMA-nın ərazi ilk partiya təşkilatının sədri Hökümə Əkbərova, Əmək və Sosial Münasibətlər Akademiyasının tərbiyə işləri üzrə prorektoru Şərafəddin Şərifov, AƏSMA-nın tələbəsi Nigar Camalzadə və başqaları 10 il ərizində müxtəlif sahələrdə görülən işlərin Azərbaycanın görkəmini nəzərəçarpacaq dərəcədə dəyişdiyini bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB