Xalq yalnız ona güvənir! FOTO

YAP Zaqatala rayon təşklatında 9 oktyabr tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası Zaqatala rayon Muğanlı və Dombabinə kəndlərində seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, Muğanlı kənd mədəniyyət evində baş tutan görüşdə 250 nəfər partiya fəalı iştirak edib.

YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib ki, cənab İlham Əliyev artıq elə bir zirvədədir ki, bu gün nəinki ölkəmizdə, hətta regionda onunla müqayisə olunacaq bir siyasi lider yoxdur: "Xüsusən ölkəmizin son 10 ildə siyasi sahədə qazandığı uğurlar göz qabağındadır. Azərbaycan bölgədə əsl söz sahibinə çevrilib. Dövlət Proqramında nəzərdə tutulduğundan da artıq yeni iş yerləri yaradılıb, yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılıb. ÜDM-də özəl bölmənin payı 85 faizdir ki, bu da qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin bariz göstəricisidir".

Dombabinə kəndində keçirilən görüşdə isə 200 nəfər partiya fəalı iştirak edib. Görüşdə çıxış edən seçicilərdən Səmədağa Səmədov, Süleymanova Namidə, YAP Zaqatala rayon təşkilatının qadınlar şurasının sədri Vəfa Süleymanova və başqaları çıxış edərək bildiriblər ki, cənab İlham Əliyevin yenidən Prezident seçilməsi sosial sifarişdir və xalq yalnız ona güvənir. Məhz bu reallığa görə əminliklə deyə bilərik ki, Cənab İlham Əliyev bu seçkidə də böyük səs çoxluğu ilə qələbə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə