Yeni Azərbaycan Partiyasının prezident seçkilərindəki namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Yasamal rayonunda da uğurla davam edir. SİA-nın xəbərinə görə, kampaniya çərçivəsində bu gün Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Seçicilərin görüşünə gələn YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov bildirib ki, prezident seçkiləri taleyüklü məsələdir və Azərbaycan xalqı gələcək 5 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyini müəyyənləşdirməlidir.
Prezident İlham Əliyevin 10 il ərzində gördüyü işləri bir daha seçicilərin diqqətinə çatdıran F.İsmayılov vurğulayıb ki, bu gün Azərbaycanın abadlaşması, yolların çəkilməsi, regionların hərtərəfli inkişafı Prezident İlham Əliyevin 10 illik fəaliyyətinin nəticəsidir.
Çıxış edən milət vəkili İsa Həbibbəyli isə bildirib ki, İlham Əliyev istər dövlətçilik təcrübəsi, istərsə də idarəetmə baxımından digər namizədlərdən kəskin fərqlənir: "Buna görə də Yasamal seçicilərini prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıram".
YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov da 10 il ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətdən və inkişafdan danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi olan İlham Əliyev sayəsində Azərbaycan dövlətçilik tarixinin zirvəsindədir.
T.Əhmədov deyib ki, bu gün Azərbaycan adı var, özü yox olan müxalifətə sahibdir: "Müxalifət inkişafın bir növ təkanverici qüvvəsidir. Ancaq xarici qüvvələrin maraqlarına xidmət edən müxalifət heç kimə lazım deyil. Ona görə də əminliklə deyirəm ki, prezident seçkilərində İlham Əliyevə alternativ olacaq namizəd yoxdur".
Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev vurğulayıb ki, Azərbaycan xalqı milli mənafeyə xidmət edən və bu mənafeyi hər şeydən üstün tutan namizədi prezident seçəcək.
Görüşün sonunda Yasamal rayon sakinləri çıxış edərək bildiriblər ki, prezident seçkilərində xalqını, vətənini, milli mənafeyini hər şeydən üstün tutan şəxsə-İlham Əliyeve səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB