Qubalılar İlham Əliyevə səs verəcək FOTO

Qubalılar İlham Əliyevə səs verəcək FOTO

Azərbaycanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər keçirilir. SİA-nın məlumatına görə, görüşlər zamanı Prezindentin müdrik, uzaqgörən siyasətindən danışılır və görülən işlərin uğurlu nəticələrindən bəhs olunur. Təbliğat-təşviqat kampaniyası həmçinin Quba rayonunda da uğurla davam edir. Belə ki, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Quba rayonunun Vəl-vələ və Talabıqışlaq İcra Ərazi Dairələrində seçicilərlə görüşlər keçirilib. Görüşdə YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, Milli Məclisin deputatları Vahid Əhmədov və Yevda Abramov iştirak ediblər.

Görüş zamanı çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, xalqımız yaxşı bilir ki, 9 oktyabrda qələbə qazanmağa layiq olan yeganə namizəd cənab İlham Əliyevdir: "Prezident İlham Əliyev Azərbaycan xalqının Lideridir. Xalqımız onun parlaq siyasəti sayəsində rahat, sülh və əminamanlıq içində yaşayır. Buna görə də vətəndaşlar 9 oktyabrda YAP-ın namizədinə səs verəcəklər".

Daha sonra çıxış edən deputat Yevda Abramov qeyd edib ki, qubalılarla keçirilən görüş zamanı əminliklə deyə bilərik ki, onlar YAP-ın namizədinə səs verəcəklər.

Görüşdə çıxışı zamanı YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin parlaq siyasəti nəinki ölkəmizdə, eləcə də bütün dünyada dəstəklənir: "YAP-ın namizədi Möhtərəm İlham Əliyevin siyasətinin uğurlu nəticələri gözümüzün önündədir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan dayanmadan inkişaf edir. Buna görə də biz hər birimiz Cənab İlham Əliyevi dəstəkləyirik".

Görüşdə seçicilər ötən prezident seçkisində olduğu kimi, bu seçkidə də cənab İlham Əliyevi dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə