Uğurlu inkişafı naminə İlham Əliyev Oğuzluların seçimidir

Uğurlu inkişafı naminə İlham Əliyev Oğuzluların seçimidir

Prezident seçkiləri ilə bağlı Oğuz rayonunun Şirvanlı, Tayıflı və Hallavar kəndlərində keçirilən görüşlərdə rayon təşkilatınnı sədri Saleh Məhərrəmov Azərbaycanda siyasi sabitliyin yüksək səviyyədə olduğunu bildirib. S.Məhərrəmov əminliklə ifadə edib ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərində hər bir vətəndaş seçki məntəqəsinə gedib, Azərbaycanın gələcəyinə biganə qalmayacaq, öz firavan gələcəyinə-Prezident İlham Əliyevə səs verəcək.

Seçki qərargahı Oğuz rayon şöbəsinin üzvlərindən Rəşid Nurməmmədov, Seyidməmməd Quliyev, Vüqar Mehdiyev, kənd seçicilərindən Nəsimi Adıyev, Bəhruz Ağayev, Fərhad Kərimov və başqaları çıxış edərək YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin son 10 il ərzində Azərbaycanda apardığı uğurlu islahatlardan ətraflı danışıblar. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət gələcək inkişaf üçün uğurlu təməl yaradıb. Çıxış edənlər 9 oktyabr tarixində bütün seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə