Göyçaylılar İlham Əliyevi dəstəkləyir FOTO

Göyçaylılar İlham Əliyevi dəstəkləyir FOTO

Bu gün Göyçay rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüş rayonun Qarabaqqal və Qarayazı kəndlərində 100-120 nəfərin iştirakı ilə baş tutub.

Görüşdə çıxış edən YAP-ın Göyçay rayonu üzrə Seçki Qərargahının üzvləri Ramiz İbrahimov, Sahib Şükürov, Asif Nəbiyev, Xəlil Orucov, Səməd Həsənov, Zahidə Mirzəyeva, Ləman Hacıyeva və Zenfira Əliyeva Prezidentliyə namizəd İlham Əliyevin son 10 ildə gördüyü işlərdən söz açıblar: "Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən 10 ildə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Azərbaycanın inkişafı, əldə edilən möhtəşəm nailiyyətlər məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu ilə əlaqədardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı dinamik tərəqqi yoluna çıxarıb. Bu uğurların qarşıdakı illərdə davam etməsi üçün Azərbaycan ictimaiyyəti xalqımızın alternativsiz seçimi olan cənab İlham Əliyevə səs verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə