Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində Milli Məclisin deputatı Azər Badamov, akademik Kamal Abdullayev və YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov rayonun Balaqisar, Qələcuğ, Şirvanovka kəndlərində və Samur qəsəbəsində çoxsaylı görüşlər keçiriblər.
Görüşdə çıxış edənlər Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə keçdiyi inkişaf yolundan bəhs ediblər: "Azərbaycan hakimiyyətinin siyasəti birbaşa olaraq vətəndaşların sosial rifah halının yüksəldilməsinə, onların yüksək səviyyəli həyat şəraiti ilə əhatələnməsinə, həmçinin mükəmməl təhsil almasına, sağlam, vətənpərvər ruhda yetişməsinə, hüquq və azadlıqlarının müdafiə edilməsinə istiqamətlənib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinə nəzər salarkən bu xətti açıq şəkildə müşahidə etmək olur. Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunub, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilib".
Tədbirlərdə çıxış edən kənd və qəsəbə sakinləri 9 oktyabrda keçiriləcək seçkilərdə İlham Əliyevə səs vərəcəklərinin bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB