9 oktyabr Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin İsmayıllı rayonu üzrə Seçki Qərərgahının təbliğat qrupu Xanagah kəndində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Ə.Vahabova açıb.
Onun sözlərinə görə, İlham Əliyevin gördüyü bütün bu işlər xalqımızın firəvan yaşamasına, dövlətimizin gələcəyinə xidmət edir: "Prezident İlham Əliyev hansı postu tutmasından, hansı vəzifəni icra etməsindən asılı olmayaraq, üzərinə götürdüyü bütün işlərin öhdəsindən böyük bacarıqla gəlib. Biz 2003 və 2008-ci illərdə Prezident İlham Əliyevə səs vermişik və görmüşük ki, seçimimiz doğrudur. İndi yenidən bu seçimi təkrarlayacağıq ki, nailiyyətlərimiz davam etsin".
Qeyd edək ki, görüşdə 7 nəfər çıxış edib. Çıxış edənlər YAP-ın namizədi cənab İlham Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən, onun yüksək liderlik keyfiyyətlərindən danışıb, qarşıdakı illərdə yalnız onu prezident görmək istədiklərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB