Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Xaçmaz rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən bu istiqamətdə keçirilən növbəti görüş rayonun tibb sahəsində çalışan seçicilərlə olub. Görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev Cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən və ölkədə aparılan abadlıq quruculuq işlərindən danışıb. O, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir: "Bu özlüyündə tutarlı bir arqumentdir. Yəni, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə ölkədə elə bir sahə yoxdur ki, orada dövlət başçısının diqqətinin və qayğısının izləri görünməsin. Bu səbəbdən Prezident İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir".
N.Ağayev dövlətimizin tibb işçilərinə diqqət və qayğısından danışaraq bildirib ki, Ümumilli Liderimiz həmişə səhiyyə işçilərinə xüsusi diqətlə yanaşıb, səhiyyə ocaqlarına, tikintisinə avadanlıqlarla təmin olunmasına, nail olub, həkimlərimizi dünyanın ən qabaqcıl tibb ocaqlarına təcrübəyə göndərib və nəhayət, Azərbaycanda güclü həkim potensialının yaranmasına nail olub: "Son 10 ildə Cənab İlham Əliyev Azərbaycanın tibb sahəsində böyük islahatlar aparmaqla, yeni layihələri həyata keçirməklə, Azərbaycan səhiyyəsinin dünya səhiyyəsinə inteqrasiya olunması üçün çox işlər görüb. Dünyanın ən inkişaf etmiş tibb ocaqlarında olan müasir texnika ölkəmizin bütün region xəstəxanalarına verilib, insanların sağlamlığının keşiyinə diqqət və qayğı artıb. Bütün bunlar ölkə iqtisadiyyatının inkişafı nəticəsində baş verib. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra tibb ocaqları bərpa olunub, yeniləri tikilir və əhalinin sağlamlığı ön plana keçirilir".
Görüşdə seçicilərdən Ramiz Osmanov, Ramazan Mədinov, Mahirə Kərimova çıxış edərək, möhtərəm Prezidentimizin tibb işçilərinə qayğısından, bir sıra beynəlxalq tibbi layihələrin Azərbaycanda həyata keçirilməsindən, Xaçmaz rayon mərkəzi xəstəxanasının əsaslı təmir olunaraq, müasir tibbi avadanlıqlarla təmin olunmasından, dövlət başçısının tibb işçiləri ilə görüşündə verdiyi tövsiyə və tapşırıqlarından bəhs ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB