Azərbaycanın Kanadadakı səfirliyi deputatın Dağlıq Qarabağa qeyri-qanuni səfəri ilə bağlı məlumatları araşdırır
Azərbaycanın Kanadadakı səfirliyi bu ölkənin parlamentinin deputatı Stefan Dionun separatçı Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsi ilə bağlı məlumatları araşdırır.
Bu barədə keçirilən brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib: "Azərbaycanın Kanadadakı səfirliyinə artıq müvafiq tapşırıq verilib".
Xatırladaq ki, bu gün Ermənistan KİV-ləri kanadalı deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi barədə məlumat yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB