23 sentyabr 2013-cü il tarixdə Kürdəmir şəhər Mərkəzi Stadionda Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat–təşviqat kampaniyası çərçivəsində 10 min nəfərlik möhtəşəm mitinq-konsert olub.
Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açaraq seçiciləri salamlayıb və bildirib: "Qarşıdan gələn 9 oktyabr Prezident seçkiləri xalqımız üçün əsl bayram əhval-ruhiyyəsi yaradır. Yaşayış səviyyəsinin yaxşılaşmasını həm öz həyatımızda, həm də bütünlüklə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik. Respublikamız hər gün daha da inkişaf edir. Bütün bu görülən işlərin bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndə Heydər Əliyevin layiqli davamçısı, növbəti 5 ilimizin qarantı İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram".
Təbliğat qrupunu üzvlərindən Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, şair-jurnalist Zenfira Zərbalıyeva, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva çıxış edərək bildiriblər ki, biz şərəfli bir yolla, inamla, qürurla, iftixarla irəliləyirik. İllərdir bu yol bizi qələbələrə aparır, yeni uğurlar, yeni nailiyyətlər gözləyir. Biz əminik ki, bu nailiyyətlər silsiləsində növbəti mərhələ, qarşıdan gələn Prezident seçkiləridir. Kürdəmir seçiciləri əminliklə cənab İlham Əliyevə səs verəcəklər.
Mitinq-konsert seçicilərin yüksək əhval-ruhiyyəsi və Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin qələbəsinə çağıran şüarlar, plakatlar və çağırışlarla müşayiət olunub.
Mitinq-konsertdə respublikanın tanınmış incəsənət ustaları seçicilər qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB