Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Xocəvənd rayonunda uğurla davam edir. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasi Xocavənd rayon təşkilatı 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkiləri ilə bağlı Xocavənd qəsəbəsində seçicilərlə görüş keçirib. Seçicilərlə görüşdə millət vəkili Ayaz Orucov, sabiq deputat Səfər Məmmədov və digər rəsmi şəxslər iştirak edib.
Seçicilər qarşısında çıxış edən millət vəkili Ayaz Orucov bildirib ki, 10 ildə Azərbaycan Respublikası cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib. Bu inkişafın bundan sonra da davam etməsi üçün növbəti 5 il müddətinə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməsi vacib faktordur.
Daha sonra təbliğat-təşviqat qrupunun üzvləri çıxış edərək Azərbaycanda 10 ildə qazanılan nəaliyyətlərindən söhbət açıblar.
Rayon sakinləri bildiriblər ki, oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB