Masallı seçiciləri YAP-ın qələbəsinə əmindir

Masallı seçiciləri YAP-ın qələbəsinə əmindir

9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallı rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və gərargah üzvlərinin iştirakı ilə növbəti görüş sentyabrın 23-də rayonun Lürən və Gəyəçöl kəndlərində keçirilib.

Tədbir iştirakçılarından kənd ağsaqqalları Balakərim Yaqubov, Həsənbala Həsənov, Hamil Feyzullayev və başqaları çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq bu dəfəki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə