Qəbəlilər YAP-ın namizədinə səs verəcəklər FOTO

Qəbəlilər YAP-ın namizədinə səs verəcəklər FOTO

9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qəbələ rayonu üzrə Seçki Qərargahının üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini Yenikənd və Topbağ kəndlərində keçiriblər. 150 nəfərdən çox seçicinin iştirak etdiyi görüşdə YAP Qəbələ rayon təşkilatı tərəfindən yaradılmış təbliğat qrupunun üzvü Qüdrət Səmədov çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışıb.

Prezident seçkilərinin ölkənin həyatında mühüm hadisə olduğunu deyən Q.Səmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində Azərbaycanda bütün sahələrdə uğurların əldə olunduğunu vurğulayıb: "Məhz bu uğurların davamı üçün biz yalnız və yalnız İlham Əliyevə səs verməli, onunla birgə addımlamalıyıq!"

Görüşdə həmçinin seçki qanunvericiliyi, seçkilərin demokratik şəraitdə keçirilməsi ilə əlaqədar yaradılmış şəraitlə bağlı tədbir iştirakçılarına məlumat verilib.

Tədbirdə Yenikənd kənd sakini, müəllim Rəhimova Sünayə, Şıxsəfiyev Hafiz, Cənnətov Ələddin, Topbağ kənd ümumi orta məktəbinin müəllimi Səmədova İradə çıxış edərək prezidentliyə namizəd cənab İlham Əliyevi dəstəklədiklərini diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə