Ucarlıların seçimi bəllidir FOTO

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində Ucar rayonunun Ənvər Məmmədxanlı, Çiyni və Türkəci kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Miili Məclisinin deputatı Elton Məmmədov çıxış edərək hakim Partiyanın namizədi cənab İlham Əliyevin seçki platformasını seçicilərə çatdırıb, seçkilərdə seçiciləri qələbə çalmağa səsləyib.

Seçicilər adından kənd sakinləri Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbinin direktoru Maya Qədirova, təqaüdçü Həmid Rəhimov, Faxrət Əsədov və Aygün Kərimova çıxış edərək, birmənalı olaraq ucarlıların İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə