Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Oğuz rayonunda uğurla davam edir. Növbəti görüş rayonun Xaçmaz kəndində keçirilib. YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov təbliğat-təşviqat kampaniyasının qrafikə uyğun olaraq keçirildiyini seçicilərin diqqətinə çatdırıb. O qeyd edib ki, 10 ildə Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib və bugün də bu inkişaf davam edir: "Azərbaycan Respublikası həmin illər ərzində əsaslı şəkildə dəyişib və inkişaf edib. Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir. Oğuz seçiciləri oktyabrın 9-da yüksək fəallıqla məntəqələrə gələcək, müstəqilliyimizin əbədiliyinə, inkişafına, yüksəlişinə - İlham Əliyevə səs verəcəklər. Bununla da, Cənab İlham Əliyev Azərbaycanı inamlı, işıqlı sabaha aparacaq".
Təbliğat və təşviqat qrupu üzvlərindən Elxan Bilalov, Arif Cavadov, Nizami Əhmədov və kənd seçicilərindən ağsaqqallar şurasının sədri Sabir İbrahimov, 1 saylı tam orta məktəbin müəllimi Zaur Əzizov, 2 saylı tam orta məktəbin məllimi Nərgiz Şıxıyeva çıxış edərək Azərbaycanın 10 ildə qazanılmış nailiyyətləri yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıblar. Onlar oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə səs verərək, Azərbaycanın gələcəyinə səs verəcəklərinə əmin olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB