Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin məsul üzvü Duqlas Sieylə görüşüb. SİA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə prezident seçkiləri ərəfəsində ümumi ictimai-siyasi durum haqqında fikir mübadiləsi aparılıb.
Ə. Əhmədov Azərbaycan prezidentinin seçkilərinə hazırlıqla əlaqədar YAP-ın həyata keçirdiyi seçki taktikası barədə qonağa ətraflı məlumat verib.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasət şöbəsinin əməkdaşı Qreqeri Filips iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB