Göyçaylılar İlham Əliyevi yenidən prezident görmək istəyir FOTO
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsndə bu gün Göyçay rayon Seçki Qərargahının üzvləri seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüş Göyçay rayonunun Çərəcə kəndində 85-90 nəfərin iştirakı ilə baş tutub.
Görüşdə çıxış edən YAP-ın Göyçay rayon Seçki Qərargahının üzvləri seçicilərə 10 il ərzində YAP-ın namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tətbiqi ilə həyata keçirilən islahatlardan, infrasturuktur layihələrinin əhəmiyyətindən danışaraq, hər kəsi 9 oktyabr Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıb.
Qeyd edək ki, görüşdə YAP-ın Göyçay rayon Seçki Qərargahının üzvləri Ramiz İbrahimov, Sahib Şükürov, Asif Nəbiyev, Zahidə Mirzəyeva, Ləman Hacıyeva və Zenfira Əliyeva iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB