Rövzət Qasımov: "Prezident seçkilərində ilk dəfə 500 minə yaxın gənc səs verəcək"

Rövzət Qasımov: "Prezident seçkilərində ilk dəfə 500 minə yaxın gənc səs verəcək"

"Təxminən 70 minə yaxın gənc ilk dəfə ölkədə keçirilən seçkilərdə, 500 minə yaxın gənc isə ilk dəfə prezident seçkilərində səsvermə hüququndan istifadə edəcək". SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının katibliyinin rəhbəri Rövzət Qasımov verib.

Onun sözlərinə görə, bu artıq xüsusi statusun onlara şamil olunmasıdır və gənclər tam hüquqlu vətəndaş kimi ölkə həyatında gedən bütün proseslərdə iştirak edə biləcəklər.

R.Qasımov bildirib ki, seçki günü – oktyabrın 9-da 150 gənc seçicinin 18 yaşı tamam olacaq: "Bu gənclərin də səsvermədə iştirakı təmin olunacaq. Biz bununla bağlı da bəzi layihələr hazırlayırıq".

MSK katibliyinin rəhbəri qeyd edib ki, MSK Gənclər və İdman Nazirliyi ilə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir: "Yaxın vaxtlarda bu mövzuda xüsusi çarxlar da nümayiş etdiriləcək. Bu çarxlar gəncləri seçkilərdə fəal olmağa çağırır. Bütün bunlar MSK-nın gənc seçicilərimizi fəal seçici, vətəndaş olmağa təşviq etmək, onlarda diqqət aşılamaq məqsədi daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə