Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Kürdəmir rayonunda uğurla davam etdirilir. 21 sentyabr 2013-cü il tarixdə seçki qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri ilə seçicilərin görüşü keçirilib. Kürdəmir rayonunun Sovla və Söyüdlər kəndlərinin seçiciləri ilə görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək seçiciləri 10 il ərzində YAP-ın namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tətbiqi ilə həyata keçirilən islahatlardan, infrasturuktur layihələrinin əhəmiyyətindən danışaraq, 9 oktyabr Prezident seçkilərində Yeni Azərbaycan Partiyasnın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Təbliğat qrupunu üzvlərindən Elmira Şıxəliyeva, seçicilərdən Mirbəşir Mirişov, Allahverən Hüseynov və digərləri rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik, sürətli inkişafdan danışıblar. Onlar vurğulayıblar ki, Cənab İlham Əliyevin düşünülmüş siyasətini dəstəkləyən kürdəmirlilər öz tarixi seçimlərini 9 oktyabr günü məntəqələrə gələrək təsdiqləyəcək və cənab İlham Əliyevə etimad göstərəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB