İlham Əliyevin namizədliyi Ağdaşlılar tərəfindən dəstəklənir FOTO

İlham Əliyevin namizədliyi Ağdaşlılar tərəfindən dəstəklənir FOTO

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Ağdaş rayonu üzrə Seçki Qərargahının üzvləri dünən rayonun Şəmsabad və Qulbəndə kəndlərində seçicilərlə görüş keçiriblər. SİA-nın məlumatına görə, görüşlərdə çıxış edən təbliğat qrupunun üzvləri Cənab İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən, bu illər ərzində ölkəmizdə iqtisadi, mədəni və sosial sahədə həyata keçirilən mühüm islahatlardan danışaraq bildiriblər ki, qüdrətli Azərbaycanın daim inkişafını dəstəkləyən xalqımız oktyabrın 9-da öz doğru seçimini edəcək: "Cənab İlham Əliyevin Azərbaycanın regionlarına, o cümlədən Ağdaş rayonuna etdiyi səfərlərdən, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı sərəncamlar onun xalqına olan diqqət və qayğısının bariz nümunəsidir. Ağdaş rayonunun siması ildən-ilə dəyişir. "Bilik günü"ndə Ağdaş rayonunda yeni tikilmiş 7 məktəb binası istifadəyə verilib, daha 5 məktəbin, o cümlədən Qulbəndə kəndində yeni 180 şagird yerlik məktəb binasının təməli qoyulub".

Çıxışlarda, həmçinin qeyd olunub ki, cənab İlham Əliyevin namizədliyi Ağdaş sakinləri tərəfindən yekdilliklə dəstəklənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə