Xalq öz səsini sabitliyə, demokratik inkişafa verəcək

Xalq öz səsini sabitliyə, demokratik inkişafa verəcək

Xalq öz səsini sabitliyə, əmin amanlığa, demokratik inkişafa verəcək. SİA-nın məlumatına görə, bu sözlər YAP İsmayıllı rayon təşkilatı seçki qərərgahının 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasına Prezident seçkilərində prezidentliyə namizəd Cənab İlham Əliyevin Keyvəndi, Şəbiyan, Pirəbilqasım, Zərnava kəndlərində təşviqat-təbliğat kampaniyası zamanı seçicilər tərəfindən səsləndirilib. Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır: "Bu müddətdə ölkə rəhbəri xalqın mütləq əksəriyyətinin rəğbətini qazanıb. Xalqımız Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, Cənab İlham Əliyev ölkəmizi Ümummilli lider Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır. Bir çox dövlətlərin çatışmazlıqlara, böhranlara məruz qaldığı bir dövrdə Azərbaycan daha sürətlə inkişaf edir, əhalisinin səviyyəsi ildən-ilə daha da yüksəlir. Aparılan infrastruktur layihələrinin nəticəsində ölkəmiz daha da inkişaf edir, gözəlləşir".

Tədbirdə çıxış edən yerli təbliğat qrupunun nümayəndələri Cümşüd Hacıyev, Hafiz Kərimov, Məhəmməd Musayev, İsrayıl İsmayılov qeyd ediblər ki, sosialyönümlü siyasət son 10 ildə Azərbaycanın milli inkişaf yolunu səciyyələndirən mühüm istiqamətlərdən birinə çevrilib: "Dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirib. Cənab İlham Əliyevin hər iki Prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olub. Cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilib".

Keyvəndi kənd sakinləri Baxşı İskəndərov, Mirsahir Abbasov, Nəbi Qədimov, Şəbiyan kənd sakinləri Telman Aslanov, Daşdəmir Səfərov, Məhsul İbrahimov, Rəşid Zalov, Pirəbilqasım kənd sakinləri Ramiz Nizamov, Mirəhməd Nuriyev, Abduləli Ədilov, Zərnava kənd sakinləri Məhəmməd Aslanov, Ədalət Carıyev, Xalidə Ağayeva, Sabir Adgözəlov qeyd ediblər ki, Cənab İlham Əliyevin çoxşahəli fəaliyyəti xalqın gözü qarşısındadır: "Biz fəal seçicilər olaraq bu seçkilərdə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun bu seçkilərdə də qalibiyyəti üçün əlimizdən gələni əsirgəməyəcəyik. Cənab Prezidentin ölkəmizin inkişafı və çiçəklənməsi naminə gördüyü işlər göz qabağındadır və biz seçicilər ölkəmizin gələcəyi naminə görülən bu işlərə biganə qala bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə