Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Heydər oğlu Əliyevin Xaçmaz rayonu üzrə Seçki Qərargahı dünən Aşağı Zeyid və Hülövlü seçiciləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşü qərargahın sədri Nazim Ağayev açaraq ölkə başçısının son 10 ildə Azərbaycan xalqına, dövlətinə verdiyi tövhələrdən, ölkə iqtisadiyyatının inkişafından, dünya ölkələri arasındakı nüfuzundan və digər məsələlərdən bəhs edib.
YAP-ın çoxşaxəli və milli maraqlara əsaslanan fəaliyyətindən danışan təşkilat sədri vurğulayıb ki, hakim partiya ölkəmizdə keçirilən bütün seçkilərdə qələbələr qazanıb: "Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır. Bu baxımdan, növbəti prezident seçkilərinə də partiyamız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat prosesi yüksək səviyyədə davam etdirilməkdədir".
N.Ağayev, həmçinin cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin xalqımız tərəfindən dəstəkləndiyini vurğulayaraq, xalqımızın növbəti 5 ildə də Cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istədiyini bildirib: "Qarşıdan gələn prezident seçkilərində də partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin qələbəsi şübhə doğurmur. Çünki ötən 10 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Növbəti prezident seçkiləri də xalqın ali iradəsini əks etdirəcək və Yeni Azərbaycan Partiyasının möhtəşəm zəfəri ilə nəticələnəcək".
Milli Məclisin komitə sədri Ziyad Səmədzadə Ulu Öndərin bizə bəxş etdiyi müstəqil Azərbaycan dövlətinin 20 ildə keçdiyi yola nəzər salaraq, iqtisadiyyatımızın böyük sürətlə inkişafının əsas səbəblərini təhlil edərək bildirib ki, məhz bu uğurlu iqtisadi siyasətin nəticəsidir ki, xalqımızın rifahı yaxşılaşıb, dünya ölkələri arsında mövqeyimiz möhkəmlənib, ölkəmizin təhsili, mədəniyyəti, səhiyyəsi və digər sahələr inkişaf edib. Ona görə də, biz müdrik, ağıllı, dünya siyasətində mövqeyi və rolu olan, xalqımızın, dövlətimizin, inkişafımızın qarantı - Cənab İlham Heydər oğlu Əliyevə səs verməliyik.
Görüşdə seçicilərdən Cabir Qurbanov, Baldadaş Əlimuradov, Ülkər Hacıyeva, Tərlan Dadaşov, Saməddin Hüseynov, Məmmədəli Əliyev, Kərim İsayev, Elxan Məsimov çıxış edərək, 9 oktyabrda hamını İlham Əliyevə səs verməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB