Bu gün Gənclər evində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Lənkəranda jurnalistlər üçün təşkil olunmuş "Gənc jurnalistlər şəbəkəsi" adlı yay məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib. SİA-nın məlumatına görə, ARGTMŞ-nin sədr müavini Mirhəsən Seyidov deyib ki, yay məktəbinin məqsədi gənc jurnalistlərə Azərbaycan Respublikasında gənclər siyasəti və bu prosesdə jurnalistlərin rolu ilə bağlı təlimlərin keçirilməsi, müxtəlif sahədə fəaliyyət göstərən jurnalistlər arasında yeni əlaqələrin qurulması və mövcud münasibətlərin daha da inkişaf etdirilməsidir.
Diqqətə çatdırılıb ki, bu yay məktəbi nəinki maraqlı əlavə biliklərin əldə olunması, həm də fəal dostluqların formalaşmasına xidmət edib.
Tədbirdə "Gənc jurnalistlər şəbəkəsi" yay məktəbinin 30 iştirakçısına sertifikatlar təqdim edilib. Sertifikat alanlar arasında "SƏS" Media Holdinqin iki əməkdaşı Ceyhun Rasimoğlu və Sadiq Qaçayev də olub.
Daha sonra ARGTMŞ-nin sədri Şahin Seyidzadə iştirakçıları təbrik edərək, ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat verib.
Qeyd edək ki, Lənkəran şəhərindəki "Palıdlı sahil" istirahət mərkəzində sentyabrın 9-dan 13-dək keçirilən yay məktəbində ARGTMŞ-nin sədr müavini Mirhəsən Seyidov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, türkiyəli mütəxəssis Erdem Söylemez televiziya, qəzet, xəbər portallarında fəaliyyət göstərən 40-a yaxın peşəkar və həvəskar gənc jurnalistlərlər biliklərini və təcrübələrini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB