“Azərbaycanın qızıl erası”nın davamlılığına səs verək! FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı qanunvericiliyə uyğun olaraq, 9 oktyabr Prezident seçkiləri ilə bağlı təbliğat–təşviqat kampaniyasını uğurla davam etdirir. 20 sentyabr 2013-cü il tarixdə saat 17:00–da Gəncə şəhərinin Aydınbəyov küçəsində yerləşən 57 saylı binanın qarşısındaki məhəllədə seçicilərlə növbəti təbliğat–təşviqat görüşü keçirildi. Seçicilər bu görüşə cənab İlham Əliyevin portretləri, bayraqlarla, üzərində "Sabitliyə, demokratiyaya, tərəqqiyə səs verək!", "Qətiyyətli Prezident – güclü Azərbaycan!", "İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir!" sözləri yazılmış plakatlarla gəldilər. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, şəhər Təşkilatı İdarə Heyəti və Şura üzvləri, təbliğat–təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri və 7 mindən çox seçici iştirak etdi.
Cənab İlham Əliyevin düşünülmüş "Azərbaycan modeli" artıq dünyada "Azərbaycan möcüzəsi" kimi tanınır və uğurla həyata keçirilir.
Əldə olunan yüksək göstəricilər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin doğma xalqımıza, milli maraqlarımıza misilsiz xidmətlərinin, yorulmaz fəaliyyətinin bəhrələridir. Bütün gəncəlilər "Azərbaycanın qızıl erası" nın davamlılığına səs verəcək, ulu öndər Heydər Əliyev kursuna sədaqətli olduqlarını 9 oktyabr Prezident seçkilərində qələbə qazanmaqla bir daha sübüt etmiş olacaqlar.
"Yaşasın cənab İlham Əliyevin rəhbərliyi ilə zirvələr fəth edən müstəqil Azərbaycan!", "Eşq olsun, bizi qələbələrdən qələbələrə aparan Yeni Azərbaycan Partiyasına!" - seçicilərin böyük izdihamı qarşısında çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin insanların yüksək əhval – ruhiyyəsinin, coşqusunun və razılığının ifadəsi olaraq, bu sözləri kütlə tərəfindən gur alqış sədaları ilə qarşılandı.
Sonra təbliğat – təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər Təşkilatının sədr müavinləri AMEA–nın Gəncə Bölməsinin direktoru,
Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, ADAU–nun rektoru İbrahim Cəfərov, YAP Gəncə şəhər Təşkilatının Şura üzvü, ADAU–nun prorektoru Anar Hətəmov, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü, AzTU–nun dosenti Hüseyn Budaqov, YAP Gəncə şəhər Təşkilatının şura üzvü Elnur Həsənov çıxış edərək bildirdilər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə sadiq qalan cənab İlham Əliyev respublikanı dünya miqyasında şöhrət qazanan müasir dövlət səviyyəsinə qaldırdı.
Zamanın tələbini, insanların istəklərini yüksək intellekti, siyasi hazırlığı, qətiyyəti, uğurlu diplomatiyası, xalqına olan bitib tükənməz məhəbbəti ilə cənab İlham Əliyev Azərbaycan Prezidentliyinə alternativi olmayan namizəddir. Bizim seçimimiz bəllidir: "İlhamlı sabahımıza İlhamla irəli!
Biz sözümüzü imza toplama mərhələsində də demişik və yenə də deyirik: "Siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşıdır", "Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm" - söyləyən cənab İlham Əliyevə səs verəcəyik! Ölkəmizdə müstəqilliyə, daimi inkişafa, xoşbəxt gələcəyə səs verəcəyik! Biz sevimli rəhbərimizlə həmişə birlikdəyik və birlikdə olmaq istəyirik. - Seçicilərdən Sabir Rüstəmov, İmamverdi Məmmədov və başqaları fikirləri səsləndirərək, qərarlarında, seçimlərində qətiyyətli olduqlarını bildirdilər.
Təbliğat – təşviqat görüşü Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanlanan möhtəşəm şüarların səslənməsi ilə yekunlaşdı.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB