Ağsuluların yeganə seçimi İlham Əliyevdir! FOTO

Ağsuluların yeganə seçimi İlham Əliyevdir! FOTO

Yeni Azərbaycan Partiyası tərəfindən Ağsu şəhərində Təhsil, Səhiyyə, Rabitə, Mədəniyyət sahələrində çalışan seçicilərlə görüşlər keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın sədri, dövlət başçısı İlham Əliyevin son 10 il ərzində gördüyü işlər haqqında məlumat verilib.

Tədbiri YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov açaraq bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət bütün sahələrdə genişmiqyaslı işlərin görülməsinə zəmin yaradıb.

Tədbirdə Milli Məclisin deputatı Ərəstun Cavadov da çıxış edib.

Tədbirdə, həmçinin təbliğat-təşviqat qrupunun üzvü Yaşar Qarayev, YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədri Şərabanı Məlikova, YAP Ağsu rayon təşkilatının Gənclər Birliyinin sədri Fərmail Nəsrullayev çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açıb, növbəti seçkilərdə də qələbəyə əmin olduqlarını bildiriblər.

Seçicilərdən Ramin Səmədov, Vahid Səfərov çıxışlarında qeyd ediblər ki, Ağsuluların yeganə seçimi cənab İlham Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə